Modern.az

“Neftçi” yunan klubuna uduzdu

“Neftçi” yunan klubuna uduzdu

22 İyul 2021, 00:56

Azərbaycan çempionu “Neftçi” avrokuboklarda növbəti oyununu keçirib.

 

Modern.az xəbər verir ki, Bakı klubu Çempionlar Liqasının II təsnifat mərhələsində ilk oyununa çıxıb.

 

Paytaxt təmsilçisi Yunanıstanın ən adlı-sanlı klubu “Olimpiakos”la görüşüb. Rəqibdən çəkinməyərək bərabər mübarizə aparmağa çalışan Samir Abasovun yetirmələri ilk yarının ortalarında qapısında qol görüb.

 

Məhəmməd Kamara 28-ci dəqiqədə “Olimpiakos”u hesabda irəli çıxarıb. O, cəmi 15 dəqiqə sonra antiqəhrəmana çevrilib. Aşkar kobudluğa Namik Ələskərovu zədələyib, özü isə meydandan qovulub.

 

Say üstünlüyündən yararlanan “Neftçi” təşəbbüsə yiyələnib daha çox hücumlar qurub. Lakin 63-cü dəqiqədə Mert Çelik bakılıların üstünlüyünü heçə endirib. Rəqibə qarşı kobudluq etməsi milliləşən legionerin meydandan kənarlaşdırılması ilə nəticələnib. Bundan sonra da hücumlarını davam etdirən “Neftçi” məğlubiyyətdən qaça bilməyib – 0:1.

 

Qeyd edək ki, komandalar arasında cavab oyunu iyulun 28-də keçiriləcək.

 

Çempionlar Liqası
II təsnifat mərhələsi, ilk oyun
21 iyul
23:00. “Olimpiakos” (Yunanıstan) – “Neftçi” (Azərbaycan) - 1:0
Qol: 
Məhəmməd Kamara, 29
Qırmızı vərəqələr: Məhəmməd Kamara, 43 - Mert Çelik, 63
Baş hakim: Joao Pineyro (Portuqaliya)

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir