Modern.az

Sabirabadda 3 otaqlı ev yanıb

Sabirabadda 3 otaqlı ev yanıb

Aktual

22 İyul 2021, 07:55

Sabirabad rayonunun Suqovuşan kəndində ümumi sahəsi 100 m² olan birmərtəbəli 3 otaqlı, tavanı qamış örtükdən ibarət evin 1 otağının və mətbəxinin yanar konstruksiyaları 40 m² sahədə, digər otaqların tavanı 60 m² sahədə yanıb.

 

Fövqəladə Hallar Nazirliyindən Modern.az-a verilən məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi