Arxiv
22 İyul 2021, 20:55 | İQTİSADİYYAT
Azərbaycanda bu il nə qədər avtomobil istehsal edilib?

2021-ci ilin yanvar-iyun aylarında Azərbaycanda istehsal edilən minik avtomobillərinin sayı açıqlanıb.

 

Modern.az-ın məlumatına görə, qeyd olunan müddət ərzində 795 ədəd və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 78 ədəd az minik avtomobili istehsal olunub.

 

Dövr ərzində əvvəlki ilin yanvar-iyun ayları ilə müqayisədə traktorların istehsalı 2,8 dəfə, fəvvarə armaturunun istehsalı isə 61,4 faiz artıb.

 

Ümumilikdə, maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 134,2 milyon manatlıq məhsul istehsal edilib, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə maşın və avadanlıqların istehsalı 48,3 faiz artıb, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 47,1 faiz, sair nəqliyyat vasitələrinin istehsalı isə 69,1 faiz azalıb.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv