Modern.az

Azərbaycan iqtisadiyyatı iki faiz artıb - Nazir

Azərbaycan iqtisadiyyatı iki faiz artıb - Nazir

İqtisadiyyat

23 İyul 2021, 10:54

2021-ci ilin birinci yarısında Azərbaycanın iqtisadiyyatının artımı 2 faiz təşkil edib.

 

Modern.az-ın məlumatına görə, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

 

Onun sözlərinə görə, ölkənin qeyri-neft sektoru da 5 faizlik artım nümayiş etdirib:

 

"Bütün bu göstəricilər Azərbaycan Prezidentinin təşəbbüsü ilə irəli sürülən iqtisadi şaxələnməni nümayiş etdirir".

 

Nazir əlavə edib ki, vergi və gömrük daxilolmaları üzrə də artım müşahidə olunur: "Azərbaycan qızıl-valyuta ehtiyatları artmaqda davam edir və bu, iqtisadi artıma əlavə təkan verir".

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!