Arxiv
23 İyul 2021, 17:34 | DİASPOR
Rusiya mətbuatında soydaşımızın könüllülük fəaliyyətindən bəhs edildi

Rusiyanın "Вечерняя Москва" qəzeti 17 yaşlı azərbaycanlı gənc Nicat Nəsirlinin cəmiyyətə faydalı olmağa çalışmasından yazıb.

 

Modern.az xəbər verir ki, məqalədə bildirilib ki, ailəsi ilə Moskvada yaşayan Nicat Nəsirli 10-cu sinfi bitirib. Məktəbdə əla qiymətlərlə oxuyan Nicatın pandemiya ilə bağlı yaranmış çətin dönəmdə könüllülük fəaliyyətinə qoşulduğu nəzərə çatdırılıb. O, hazırda "Peyvənd köməkçiləri" hərəkatının bir qrup gənc könüllüsünə rəhbərlik edir. Nicat digər yeniyetmələrlə birlikdə şəhər sakinləri arasında peyvəndlənmənin mühüm olması barədə təbliğat aparır, onların tibbi məntəqələrə yönləndirilmələrinə yardım göstərir, sosial məsafənin saxlanılması barədə maarifləndirmə işləri aparır.

 

Qeyd edək ki, Nicat Nəsirli ədəbiyyat, hüquq və bədən tərbiyəsi üzrə məktəblilərin Ümumrusiya Olimpiadasının bələdiyyə mərhələsinin qalibidir. O, təhsildə olduğu kimi idmanda da böyük nailiyyətlər əldə etməyi bacarır. Stolüstü tennis üzrə Ümumrusiya Olimpiadasının ikiqat qalibidir. Kişilər arasında mini-futbol turnirlərinin, şahmat turnirlərinin qalibidir.

 

Gənc soydaşımız gələcəkdə proqramçı olmağı, kompyuter texnologiyası və mühəndisliyi sferasında çalışmağı planlaşdırır.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv