Modern.az

Bu gün 47 minə yaxın vaksin vurulub

Bu gün 47 minə yaxın vaksin vurulub

Ölkə

25 İyul 2021, 16:19

Azərbaycanda son sutkada 46910 nəfərə koronavirus (COVID-19) əleyhinə peyvənd vurulub.


Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 20061 nəfər, ikinci mərhələdə vaksinasiyadan keçənlərin sayı 26849 nəfərdir.

 

Ölkədə 18 yanvar 2021-ci ildən indiyədək ümumilikdə 4563897 COVID-19 əleyhinə vaksin vurulub. Onlardan birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2654076 nəfər, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 1909821 nəfərdir.

Twitter
Sizə yeni tvit var
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar