Modern.az

Yoluxma azaldı - Daha 3 nəfər öldü

Yoluxma azaldı - Daha 3 nəfər öldü

26 İyul 2021, 16:41

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 272 yeni yoluxma faktı qeydə alınıb, 80 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan şəxslərdən 3 nəfər vəfat edib.

 

Azərbaycanda indiyədək ümumilikdə 340715 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 332136 nəfər müalicə olunaraq sağalıb, 5009 nəfər vəfat edib, aktiv xəstə sayı 3570 nəfərdir.

 

Ölkədə son sutka ərzində 5616 hazırkı dövrədək isə 3980697 test aparılıb.

 

 

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır