Modern.az

BDU-da rektorun müşavirini bıçaqlayan şəxs SAXLANILDI

BDU-da rektorun müşavirini bıçaqlayan şəxs SAXLANILDI

Hadisə

27 İyul 2021, 14:36

Bakı Dövlət Universitetində (BDU) rektorun maliyyə məsələləri üzrə müşaviri vəzifəsində çalışan Mirzə Rəşid oğlu Mirzəyev və komendant bıçaqlanıb.

 

BDU-nun mətbuat xidmətinin rəhbəri Günel İsgəndər Modern.az-a açıqlamasında faktı təsdiqləyib.

 

O bildirib ki, hadisə barədə bir qədər sonra ətraflı məlumat veriləcək.

 

Daxili İşlər Nazirliyinin ( DİN) mətbuat xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev isə Modern.az-a deyib ki, polis tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən şəxs müəyyən olunaraq saxlanılıb:

 

“Hadisə Bakı Dövlət Universitetində qeydə alınıb. Bakı Dövlət Universitetinin əməkdaşları Mirzə Mirzəyev və Şahlar Bəgalıyevi bıçaqlamaqda şübhəli bilinən, həmin universitetin əməkdaşı paytaxt sakini İsmixan Mirzəyev Yasamal Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı araşdırmalar aparılır”.

 

DİN rəsmisinin sözlərinə görə, bıçaqlanan şəxslərin vəziyyəti kafidir.

 

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?