Arxiv
27 İyul 2021, 14:12 | DİASPOR
"Cronimet" alman şirkətinə sertifikat verən firmalara şikayət edilib

 

Alman–Azərbaycan Mədəniyyət Mərkəzi və Kölndəki Azərbaycan Evi ölkəmizin işğaldan azad edilmiş Zəngilan rayonundan keçən və Araz çayına tökülən Oxçuçayıın kütləvi şəkildə çirkləndirilməsində məsuliyyət daşıyan "Cronimet" alman şirkətinə sertifikat verən firmalara şikayət məktubu ilə müraciət edib.

 

Modern.az xəbər verir ki, məktubda bildirilib ki, mədən sənayesi sahəsində fəaliyyət göstərən "Cronimet" şirkəti ferro-titan maddəsindən istifadə edir. Oxçuçaya tökülən sənaye tullantılarında da bu maddə aşkarlanıb. Bu maddədən istifadə etmək üçün hər bir şirkət sertifikat əldə etməlidir. "Cronimet" şirkətinin malik olduğu 7-8 sertifikatın 3-ü alman mənşəlidir. Oxçuçayın çirkləndirilməsi, ətraf mühit, flora və fauna, insan sağlamlığı üçün yaranmış təhlükəli vəziyyət bir daha göstərir ki, "Cronimet"  şirkəti ətraf mühitin qorunması və ekoloji təhlükəsizlik qaydalarına əməl edilməsi ilə bağlı sertifikat verən şirkətlər qarşısında götürdüyü öhdəliklərə əməl etmir.

 

Soydaşlarımız yaranmış vəziyyətlə əlaqədar "Cronimet" şirkətinə sertifikat verən firmalardan  müvafiq tədbirlər görməyi  tələb ediblər.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv