Modern.az

Yapon müğənni pərəstişkarlarını Azərbaycanı dəstəkləməyə səsləyib

Yapon müğənni pərəstişkarlarını Azərbaycanı dəstəkləməyə səsləyib

Diaspor

27 İyul 2021, 15:03

 

Yaponiyanın tanınmış caz ifaçısı Kyoko Yamamoto "Youtube" kanalı vasitəsilə pərəstişkarlarını "Tokio-2020" XXXII Yay Olimpiya Oyunlarında iştirak edən Azərbaycan yığma komandasını dəstəkləməyə çağırıb.

 

Yaponiya–Azərbaycan Dostluq Mərkəzinin müğənni ilə birgə layihəsi əsasında ərsəyə gələn videoçarx "Mən Azərbaycan komandasını dəstəkləyirəm! Sizi Tokio Olimpiya Oyunlarında fəal iştiraka çağırıram. Yaşa, yaşa, Azərbaycan!" sözləri ilə başlayır. Sonra Kyoko Yamamotonun və onun rəhbərlik etdiyi xorun ifasında Azərbaycanın Dövlət Himni doğma dilimizdə (yapon dilində titrlə) səslənir. Himnin ifası zamanı müğənninin Yaponiyada yaşayan azərbaycanlı dostları ilə birlikdə fotoları, ölkəmizin və paytaxt Bakının füsunkar mənzərələri, xalqımızın Zəfər sevincini əks etdirən fotolar  və s. nümayiş olunub.

 

Qeyd edək ki, repertuarına Azərbaycan mahnılarını daxil edən yapon müğənni öz ölkəsində "Made in Azərbaycan" brendli məhsulların aktiv təbliğatçısıdır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi