Arxiv
27 İyul 2021, 15:15 | PARLAMENT
“Belə görüşün keçirilməsi tarixi hadisədir” - Sahibə Qafarova

Azərbaycan parlamentində belə bir tədbirin keçirilməsi tarixi hadisədir

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycan-Türkiyə-Pakistan parlament sədrlərinin birinci üçtərəfli görüşündə çıxışı zamanı deyib.

 

Spiker qeyd edib ki, belə formatda ilk görüşün keçirilməsi tarixdə öz yerini tutacaq.

 

Onun sözlərinə görə, üç ölkə arasında mövcud olan münasibətlər qardaşlıq əlaqələrinin etimadına söykənir:

 

“Bu əlaqələrin günümüzə qədər gəlib çıxması təqdirəlayiq haldır. Bugünkü görüş hər üç xalqın bir-birinə yaxınlaşması zərurətinin bariz nümunəsidir”.

 

Qeyd edək ki, Milli Məclisdə ilk dəfə Türkiyə, Azərbaycan və Pakistan parlamentlərinin sədrləri Mustafa Şentop, Sahibə Qafarova, Əsəd Qayserinin üçtərəfli görüşü keçirilir.

 

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv