Arxiv
27 İyul 2021, 15:17 | DİASPOR
Azərbaycan diaspor nümayəndələri Şuşada - FOTO

Bu gün Diasporla İş üzrə Dövlət Komitəsi Şuşaya səfər təşkil edib.

 

Modern.az xəbər verir ki, Azərbaycanda olan diaspor nümayəndələri artıq Şuşaya çatıb. Səfər çərçivəsində diaspor nümayəndələri Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinin baş meydanı “Bazarbaşı”nı, Cıdır düzünü, erməni vandalizminə məruz qalmış “Güllələnmiş heykəllər”in olduğu meydanı, Şuşa Bəyannaməsinin imzalandığı məkanı, Xurşudbanu Natəvanın evini, “Xan qızı bulağı”nı, Gəncə Qapısını, Saatlı, Aşağı və Yuxarı Gövhər ağa məscidlərini və digər mühüm yerləri ziyarət edəcəklər.

 

Diaspor nümayəndələrinin Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycana Qələbə sevinci yaşadan rəşadətli ordumuzun əsgərləri ilə görüşləri də planlaşdırılır.

 

Azərbaycan diaspor nümayəndələri Şuşada (FOTO) - Gallery Image Azərbaycan diaspor nümayəndələri Şuşada (FOTO) - Gallery Image Azərbaycan diaspor nümayəndələri Şuşada (FOTO) - Gallery Image Azərbaycan diaspor nümayəndələri Şuşada (FOTO) - Gallery Image Azərbaycan diaspor nümayəndələri Şuşada (FOTO) - Gallery Image Azərbaycan diaspor nümayəndələri Şuşada (FOTO) - Gallery Image Azərbaycan diaspor nümayəndələri Şuşada (FOTO) - Gallery Image Azərbaycan diaspor nümayəndələri Şuşada (FOTO) - Gallery Image
BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv