Arxiv
27 İyul 2021, 15:36 | PARLAMENT
“Üçtərəfli format əlaqələrimizin möhkəmlənməsinə töhfə verəcək” - Spiker

"Beynəlxalq münasibətlərdə ikili standartlar hələ də qalmaqdadır. İkili standartların artması bizi qardaş dövlətlər olaraq daha sıx əməkdaşlığa məcbur edir".

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycan-Türkiyə-Pakistan parlament sədrlərinin birinci üçtərəfli görüşündə çıxışı zamanı deyib.

 

Spiker qeyd edib ki, bu gün əsasını qoyduğumuz üçtərəfli format qardaşlıq əlaqələrimizin möhkəmlənməsinə töhfə verəcək: “Parlamentlər arasında sıx əməkdaşlıq xalqlarımızın daha da yaxınlaşmasına zəmin yaradacaq, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı maraqlarımızı müdafiə edəcəyik”.

 

Qeyd edək ki, Milli Məclisdə ilk dəfə Türkiyə, Azərbaycan və Pakistan parlamentlərinin sədrləri Mustafa Şentop, Sahibə Qafarova, Əsəd Qayserinin üçtərəfli görüşü keçirilir.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv