Modern.az

Spikerlər “Bakı bəyannaməsi”ni imzaladılar

Spikerlər “Bakı bəyannaməsi”ni imzaladılar

27 İyul 2021, 15:42

Azərbaycan, Türkiyə və Pakistan parlament sədrlərinin üçtərəfli görüşündə Bakı Bəyannaməsi imzalanıb.

 

Modern.az xəbər verir ki, Bəyannaməni Milli Məclis sədri Sahibə Qafarova, Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop və Pakistan İslam Respublikası Milli Assambleyasının sədri Əsəd Qeysər imzalayıblar.

 

Sahibə Qafarova bildirib ki, bu sənəd ölkələrimiz arasında strateji əlaqələrin möhkəmlənməsinə öz töhfəsini verəcək.

 

Qeyd edək ki, bəyannamə Azərbaycan, Türkiyə və Pakistan parlamentləri arasında əməkdaşlığın genişləndirilməsini, hər üç ölkənin siyasi münasibətlərinin daha da gücləndirilməsini və digər sahələri əhatə edir.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir