Modern.az

“Bu görüş birliyimizi nümayiş etdirir” - Mustafa Şentop

“Bu görüş birliyimizi nümayiş etdirir” - Mustafa Şentop

27 İyul 2021, 15:52

Üçtərəfli formatda görüşün keçirilməsi çox sevindiricidir. İnanıram ki, belə görüşlərin keçirilməsi üç qardaş ölkə arasında münasibətləri daha irəli aparacaq.

 

Modern.az xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop Azərbaycan-Türkiyə-Pakistan parlament sədrlərinin birinci üçtərəfli görüşündə çıxışı zamanı deyib.

 

Türkiyəli spiker qeyd edib ki, “Bakı bəyannaməsi” bölgəmizin təhlükəsizliyi və əmin-amanlığının təmin edilməsinə öz töhfəsini verəcək.

 

"Üçtərəfli münasibətləri inkişaf etdirmək baxımından bu bəyanat mühüm rol oynayır. Azərbaycan, Türkiyə və Pakistan arasındakı münasibətlər dostluq və qardaşlıq əsasında formalaşıb. Bu görüş üç ölkə arasında mövcud olan birliyi nümayiş etdirir. Həm Türkiyə, həm də Pakistan Vətən müharibəsinin ilk anlarından Azərbaycana dəstək oldu”.

 

Qeyd edək ki, iyulun 27-də Milli Məclisdə Azərbaycan, Türkiyə və Pakistan parlament nümayəndə heyətlərinin üçtərəfli formatda birgə görüşü keçirilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi