Modern.az

Bakıda özünü partladan şəxsin kimliyi məlum oldu - FOTO (YENİLƏNİB)

Bakıda özünü partladan şəxsin kimliyi məlum oldu - FOTO (YENİLƏNİB)

27 İyul 2021, 16:57

Bakıda özünü partladan şəxsin kimliyi məlum olub.

 

Modern.az-ın məlumatına görə, hadisəni törədən şəxs qanunsuz silah saxlamaqda şübhəli bilinən 1982-ci il təvəllüdlü, əvvəllər Cinayət Məcəlləsinin narkotik və qaçaqmalçılıq maddələri ilə məhkum olunmuş Müseyib Ələsgərovdur.

 

M.Ələsgərov bu gün paytaxtın Səbail rayonunda idarə etdiyi avtomaşın saxlanılarkən polis əməkdaşlarına tabesizlik göstərib və qaçmağa cəhd göstərib. Bu zaman o, üzərində olan qumbara ilə özünü partladaraq öldürüb. 

 

Avtomaşında olan sərnişini, əvvəllər Cinayət Məcəlləsinin soyğunçuluq maddəsi ilə məhkum olunmuş Eldar Qurbanov isə qaçarkən saxlanılıb. 

 

Partlayışda 4 polis əməkdaşı müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 

 

Hazırda fakt üzrə araşdırmalar davam etdirilir.

 

***

16:47

Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən “Maşın bazarı” adlanan ərazidə insident baş verib. Belə ki, Bakıda axtarışda olan şəxs özünü qumbara ilə partladıb. Hadisənin qarşısını almaq istəyən polis əməkdaşları arasında xəsarət alanların olduğu bildirilir.

 

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin əməkdaşı İlham Babayev Modern.az-a faktı təsdiqləyib. O, hazırda məsələ ilə bağlı araşdırma aparıldığını və ictimaiyyətə məlumat veriləcəyini deyib:

 

“Hazırda hüquq-mühafizə orqanların əməkdaşları hadisə yerindədir”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...