Modern.az

Gəncədə iki nəfəri ildırım vurdu

Gəncədə iki nəfəri ildırım vurdu

Hadisə

27 İyul 2021, 20:32

Gəncə şəhərində 2 nəfəri ildırım vurub.

 

Modern.az xəbər verir ki, hadisə Yeni Gəncə qəsəbəsində qeydə alınıb.

 

Gəncə şəhər sakini, 1973-cü il təvəllüdlü Səlimov Aydın Ələkbər oğlunu ildırım vurub. Yaralı Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilib.

 

Daha bir hadisə isə Cavadxan küçəsində baş verib, 1985-ci il təvəllüdlü Kərimov Sərxan İsmixan oğlunu ildırım vurub və adıçəkilən şəxs komaya düşüb.

 

Faktla bağlı araşdırma aparılır (report).

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir