Modern.az

"Azərbaycanı haqlı davasında müdafiə etdik" - Mustafa Şentop

Parlament

28 İyul 2021, 09:28

Azərbaycan, Türkiyə və Pakistan parlament sədrlərinin növbəti üçtərəfli görüşü 2022-ci ildə Pakistanın İslamabad şəhərində keçiriləcək.

 

Modern.az xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop Bakıda keçirdiyi mətbuat konfransında deyib.

 

TBMM sədri bildirib ki, Türkiyə Vətən müharibəsində Azərbaycanın yanında yer alıb.

 

"Azərbaycanı haqlı davasında müdafiə etdik. Türkiyə siyasi olaraq açıq şəkildə Azərbaycanın yanında yer aldı. Pakistan da bu savaşda açıq şəkildə Azərbaycanı dəstəklədi.

 

44 günlük Vətən müharibəsi zamanı Azərbaycana səfər etmişdim. Dəstəyimizi Bakıda da ifadə etdik", - deyən  Mustafa Şentop qələbədən sonra da Türkiyə-Azərbaycan münasibətlərinin yüksək səviyyədə olduğunu vurğulayıb.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi