Arxiv
28 İyul 2021, 10:03 | PARLAMENT
Türkiyəli spiker Ermənistana xəbərdarlıq etdi  

"Azərbaycan Ermənistana sülh sazişinin imzalanmasını təklfi edib. Bildiyiniz kimi, Ermənistanda seçkilər keçirildi və Nikol Paşinyan qələbə qazandı".

 

Modern.az xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop Bakıda keçirdiyi mətbuat konfransında deyib.

 

"Ermənistan xalqının da müharibə istədiyini düşünmürəm, müəyyən dairələr bunun tərəfdarı kimi çıxış edir. Ermənistan anlamalıdır ki, bunun yenə acı nəticələri ola bilər", - deyə Mustafa Şentop Bakıdan Ermənistana xəbərdarlıq edib.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv