Arxiv
28 İyul 2021, 11:58 | PARLAMENT
Mustafa Şentop Modern.az-a Şuşa səfərindən DANIŞDI

Bu gün Azərbaycanın mədəniyyət paytaxtı Şuşaya səfər edəcəyik.

 

Bunu Modern.az-a eksklüziv açıqlamasında Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop deyib.

 

Türkiyə parlamanetinin sədri qeyd edib ki, səfər zamanı Şuşa şəhərini ziyarət edəcəklər. Bundan əlavə, M.Şentop Şuşada hər hansı bir toplantının planlaşdırılmadığını bildirib.

 

"Şuşanı ziyarət edəcəyik, səfər zamanı hər hansı toplantı nəzərdə tutulmayıb". 

 

Qeyd edək ki, TBBM-in sədri Mustafa Şentop və Pakistan İslam Respublikası Milli Assambleyasının sədri Əsəd Qeysərin Şuşaya birgə səfəri nəzərdə tutulub.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv