Özbəkistan Türkdilli Ölkələrin Parlament Assambleyasına (TÜRKPA) daxil olur.
Bunu Modern.az-a eksklüziv açıqlamasında Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop deyib.
TBMM-in sədri Türkmənistanın və Tacikistanın da TÜRKPA-ya daxil olmasını arzuladığını bildirib.
Qeyd edək ki, Türkdilli Ölkələrin Parlament Assambleyası (TÜRKPA) 21 noyabr 2008-ci ildə Türkiyənin İstanbul şəhərində Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyənin parlament rəhbərlərinin imzaladığı sazişlə təsis olunub.