Modern.az

BDU-dakı bıçaqlanmanın səbəbi bilindi - Yeni FAKTLAR

BDU-dakı bıçaqlanmanın səbəbi bilindi - Yeni FAKTLAR

28 İyul 2021, 12:43

“BDU rektorunun maliyyə məsələləri üzrə müşaviri Mirzə Mirzəyev və komendant Şahlar Bəgalıyevin vəziyyəti yaxşıdır”.

 

Bunu Modern.az-a BDU-nun mətbuat katibi Günel Orucəliyeva bildirib.

 

O deyib ki, ötən gün bıçaqlanan hər iki şəxsin müalicəsi Respublika Klinik xəstəxanasında davam etdirilir.

 

Hadisənin hansı səbəbdən baş verməsinə gəlincə, BDU rəsmisi bununla bağlı hüquq-mühafizə orqanlarında araşdırma aparıldığını vurğulayıb:

 

“Araşdırmalar yekunlaşdıqdan sonra məlumat veriləcək”.

 

Qeyd edək ki, ilkin məlumata görə, hadisəyə səbəb cinayəti törədən İsmixan Mirzəyevin işdən çıxarılması olub.

 

Belə ki,  rektorun müşaviri Mirzə Mirzəyev İsmixan Mirzəyevə işdən çıxarıldığını deyib. Bundan qəzəblənən İ.Mirzəyev müşavirə bıçaq zərbələri vurub. Bu zaman komendant Şahlar Bəgalıyev otağa daxil olub. İ.Mirzəyev əlindəki bıçaqla ona da xəsarətlər yetirib.

 

Hadisəni törədən  İ.Mirzəyev BDU-da suvaqçı-rəngsaz işləyib.

 

Xatırladaq ki, iyulun 27-də Bakı Dövlət Universitetinin əsas korpusunda BDU rektorunun maliyyə məsələləri üzrə müşaviri Mirzə Mirzəyev və komendant Şahlar Bəgalıyev Universitetin təsərrüfat şöbəsinin işçisi İsmixan Mirzəyev tərəfindən bıçaqlanıb. 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?