Modern.az

ADP deputatı “topa” tutdu: “Əl-qolumuzu bağlaya bilməzsən”

ADP deputatı “topa” tutdu: “Əl-qolumuzu bağlaya bilməzsən”

Aktual

18 Oktyabr 2012, 15:38

Millət vəkili Rafael Cəbrayılovun “Sərbəst toplaşmaq azadlığı” haqqında qanuna təklif etdiyi yeniliklər iqtidar tərəfindən müsbət qarşılansa da, müxalif cəbhəsində böyük narazılıq doğurub. Belə ki, müxalifət təmsilçiləri belə bir qanun layihəsinin hazırki durumda hazırlanmasının təsadüf olmadığını və bunun arxasında bəzi iqtisadi və siyasi maraqların dayandığını iddia edirlər. ADP sədri Sərdar Cəlaloğlu da Modern.az-a açıqlamasında deputat Rafael Cəbrayılova qarşı çıxdığını bildirib. Onun sözlərinə görə, hakimiyyət sözügedən qanun layihəsi ilə prezident seçkilərində müxalifətin əl-qolunu bağlamağa çalışacaq.

“Azərbaycan Konstitusiyasının 72-ci maddəsinə görə, icra, qanunverici və məhkəmə orqanlarının heç bir qərarı insan hüquq və azadlıqlarının məhdudlaşdırılması istiqamətində verilə bilməz. İcazəsiz aksiya keçirmək cinayət ola bilməz. Cinayət ictimai asayişin pozulmasına səbəb olan hərəkətlər olar bilər. Burada əsas məqsəd var. Azərbaycanda qarşıdan prezident seçkiləri gəlir. Ölkədə siyasi fəal insanların qarşısını almağa çalışırlar. Vətəndaşlar mitinq keçirmək istəyirlərsə əgər icra hakimiyyəti buna razılıq vermirsə, baş verə biləcək hadisələrin məsuliyyəti icra hakimiyyətinin boynundadır.  Hesab edirəm ki,  əgər qanun layihəsi qəbul olunarsa prezident seçkilərinin nəticələrinə  100 fazir təsir edəcək”, - deyə ADP sədri Rafael Cəbrayılovun hazırladığı qanun layihəsinə münasibət bildirib.

Qeyd edək ki, Milli Məclisin üzvü Rafael Cəbrayılov “Sərbəst toplaşma haqqında” və bununla əlaqadər İnzibati və Cinayət Məcəlləsinə dəyişiklilərlə bağlı təkliflər hazırlayıb və parlamentin Dövlət quruculuğu və hüquq siyasəti komitəsinə təqdim edib. İndiki durumda hökumətlə razılaşdırılmayan aksiyada iştirak edən şəxslər 7 manatdan 13 manatadək cərimə olunurlarsa, deputatın Milli Məclis Aparatına təqdim etdiyi layihədə bu cərimənin 500 manatdan 1000 manatadək artırılması təklif edilib.

Anar RÜSTƏMOV

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır