Arxiv
28 İyul 2021, 17:40 | HADİSƏ
Azərbaycanda yoluxma kəskin artdı - 3 nəfər öldü

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 750 yeni yoluxma faktı qeydə alınıb, 134 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan şəxslərdən 3 nəfər vəfat edib.

 

Azərbaycanda indiyədək ümumilikdə 341933 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 332393 nəfər müalicə olunaraq sağalıb, 5014 nəfər vəfat edib, aktiv xəstə sayı 4526 nəfərdir.

 

Ölkədə son sutka ərzində 11058 hazırkı dövrədək isə 4003650 test aparılıb.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv