Modern.az

Antalyada güclü meşə yanğınları - FOTOLAR

Antalyada güclü meşə yanğınları - FOTOLAR

28 İyul 2021, 17:43

Türkiyənin Antalya şəhərində bu gün başlayan güclü meşə yanğınları Manavqat bölgəsini cənginə alıb.

 

Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Manavqat ərazisində 4 fərqli nöqtədə başlayan meşə yanğınları güclü külək səbəbindən qısa zamanda geniş əraziyə yayılıb. Hava və qurudan müdaxilələrin davam etdiyi yanğın bölgəsində alovlar yaşayış sahələrinə və əkinçilik sahələrinə də keçib. Antalya bələdiyyəsi bölgədə bu cür böyük miqyaslı yanğının heç zaman müşahidə olunmadığını qeyd edərək, yanğının eyni anda 4 fərqli bölgədə çıxmasından şübhə duyduğunu bildirib.

 

Fövqəladə qüvvələrin və yanğınsöndürənlərin qarşısını almaqda çətinlik çəkdiyi yanğınlar yaşayış bölgələrinə keçdiyinə görə artıq yaralananların olduğu qeyd edilir. Yanğından zərərçəkənlərin artacağı istisna edilmir. Bu baxımdan Manavqat Dövlət Xəstəxanası tamamilə boşaldılıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?