Modern.az

Deputatın qəzada ölmüş qohumunun qardaşı ittiham edir, nazir müavini təkzib

Deputatın qəzada ölmüş qohumunun qardaşı ittiham edir, nazir müavini təkzib

Aktual

18 Oktyabr 2012, 16:17

Deputat Qüdrət Həsənquliyevin yaxın qohumunu ölümündə müqəssir bilinən şəxsin kimliyi məlum olub. O, daxili işlər nazirinin müavini Əsgər Ələkbərovun əmisi nəvəsidir. Bunu Modern.az-a mərhum Zahib Səmədovun qardaşı Vahib Səmədov deyib.

Xatırladaq ki, oktyabrın 1-də saat 08.30 radələrində Nərimanov rayonu ərazisində Xırdalan şəhər sakini Elnurə Ələkbərova “Mitsubishi” markalı avtomaşını idarə edərkən piyada Zahib Səmədovu vuraraq öldürüb. Hadisə ilə bağlı Cinayət Məcəlləsinin 263.2 maddəsi ilə cinayət işi açılıb, istintaq gedir.

Mərhumun qardaşı V. Səmədov iddia edir ki, hadisəni törədən xanım sürücü indiyədək sərbəst gəzir və onun barəsində həbs-qətimkan tədbiri seçilməyib: “Mən özüm dünən polis bölməsində olmuşam. Hadisəni törədən qadın azadlıqdadır. Mən hələ ki, yasımı verirəm, başım qarışıqdır. Deyirlər ki, istintaq aparılır, amma ortada heç nə yoxdur. Bilmirəm ki, bunlar necə istintaq aparır ki, əyləci basa bilməyən bir insan hadisə yerindən qaçır və həmin adam azadlıqda gəzir. İstintaqın gedişindən hamı narazıdır. Yasımızı verib, hamımız istintaqın gedişi ilə maraqlanacayıq. Bu qəsdən törədilmiş hadisədir”.

V. Səmədov onu da bildirib ki, Xırdalan şəhər sakini Elnurə Ələkbərovanın qohumu Daxili İşlər Nazirliyində yüksək vəzifə tutur. O, daxili işlər nazirinin müavini Əsgər Ələkbərovun əmisi oğlunun qızıdır.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin rəsmisi Orxan Mansurzadə bildirib ki, nazirin müavini, polis general-leytenant Əsgər Ələkbərov elə bir adlı şəxs tanımır və bu, yalan məlumatdır.

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir