Modern.az

Antalyanı meşə yanğınları bürüdü - FOTOLAR  

Antalyanı meşə yanğınları bürüdü - FOTOLAR  

28 İyul 2021, 23:27

Türkiyənin Antalya şəhərində meşə yanğınları onlarla insanın xəsarət almasına səbəb olub.

 

Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Manavqat ərazisində dörd fərqli yerdə başlayan yanğın güclü külək səbəbindən qısa zamanda geniş əraziyə yayılıb. Alov yaşayış sahələrinə keçib.

 

Meşə yanğınları zamanı xəsarət alan 62 nəfər xəstəxanaya yerləşdirilib. Onlara ilkin tibbi yardım göstərilib. Yanğından zərərçəkənlərin artacağı istisna edilmir. Bu səbəbdən Manavqat dövlət xəstəxanası tamamilə boşaldılıb.

 

Qeyd edək ki, yanğının söndürülməsinə 100-dən çox texnika, 2 təyyarə və 15 helikopter cəlb edilib. Kənd təsərrüfatı və meşəçilik naziri Bekir Pakdemirli hadisə yerinə yollanıb. Bir sıra ərazilərdən sakinlərin təxliyə olunduğu bildirilir.

 

Əraziyə xeyli sayda təcili tibbi yardım briqadaları və xilasedicilər cəlb olunub.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi