Modern.az

Türkiyədə meşə yanğını böyük təhlükə yaratdı  

Türkiyədə meşə yanğını böyük təhlükə yaratdı  

29 İyul 2021, 08:46

Türkiyənin Antalya vilayətinin Manavgat rayonunda baş verən güclü meşə yanğını böyük təhlükə mənbəyinə çevrilib.

 

Modern.az xəbər verir ki, yanğının söndürülməsinə 1 təyyarə, 13 helkopter, 103 yanğınsöndürən maşın və 412 nəfərlik canlı qüvvə cəlb olunub.

 

Yanğının yaratdığı təhlükə səbəbindən risklər altında olan 4 məhəllədən ümumilikdə 62 nəfər təxliyə olunub.

 

Türkiyə kənd təsərrüfatı və meşə naziri Bekir Pakdemirli bildirib ki, alovun sürətlə yayılmasının əsas səbəbi və söndürlməsinin çətinliyi yanğın ocaqlarının sayının çox olmasıdır.

 

Yanğın nəticəsində kənd təsərrüfatına külli miqdarda zərər dəyib. Hələlik yanğının səbəbi barədə dəqiq məlumat verilməyib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?