Modern.az

ABŞ-dan Kəlbəcər AÇIQLAMASI

ABŞ-dan Kəlbəcər AÇIQLAMASI

Dünya

29 İyul 2021, 09:50

ABŞ Dövlət Departamenti Azərbaycan-Ermənistan sərhədinin Kəlbəcər rayonu istiqamətində baş verən toqquşmanı pisləyən bəyanat yayıb.

 

Modern.az xəbər verir ki, açıqlamada tərəflərdən atəşkəs rejiminə riayət etmək çağırışı yer alıb.

 

“Münaqişənin uzunmüddətli siyasi həlli üçün tərəfləri ATƏT-in Minsk Qrupu çərçivəsində danışıqları bərpa etməyə çağırırıq”.

 

Açıqlama Dövlət Departamentinin rəsmisi Ned Prays tərəfindən verilib.

 

Ötən gün Kəlbəcər istiqamətində erməni təxribatı nəticəsində azı 3 erməni hərbçisi ölüb, 5 yaralanıb. Azərbaycan tərəfinin isə 2 hərbçisi xəsarət alıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi