Modern.az

Kafedə dava salan erməni hərbçi tutuldu

Kafedə dava salan erməni hərbçi tutuldu

29 İyul 2021, 10:20

Son vaxtlar Ermənistan ordusunun şəxsi heyəti arasında geniş yayılan spirtli içkilərə aludəlik səbəbindən baş verən cinayətlərin sayı artıb.

 

Modern.az xəbər verir ki, bu barədə sosial şəbəkələrin erməni seqmentində məlumat paylaşılıb.

 

Bildirilib ki, bu günlərdə Ararat şəhərində içkili vəziyyətdə nalayiq hərəkətlərə yol verən daha bir hərbçi həbs edilərək yerli polis bölməsinə aparılıb. Şəhərdəki kafelərdən birində yüksək dozada spirtli içki qəbul edən Mariam Petrosyan kafe əməkdaşalrı ilə mübahisə edib. Kafedən qovulduqdan sonra şəhər sakinlərinə qarşı nalayiq hərəkətlər edən M.Petrosyan polislər tərəfindən saxlanılıb.

 

Bölmədə yoxlama zamanı sərxoş şəxsin hərbçi olduğu məlum olduqdan sonra o, hərbi polisə təhvil verilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...