Arxiv
29 İyul 2021, 11:10 | TƏHSİL
Müəllim olmaq istəyən 3 min namizəd NARAZIDIR

Təhsil Nazirliyi Müəllimlərin İşə Qəbulu (MİQ) ilə bağlı təkrar imtahanlarda iştirak etmək istəyən namizədlərə müraciət edib.

 

Modern.az xəbər verir ki, bu barədə nazirliyin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov nazirliyin feysbuk üzərindən yayımladı canlı müzakirədə məlumat verib. O xatırladıb ki, 12 iyulda ibtidai sinif müəllimliyi, 23 və 26 iyulda Azərbaycan dili və ədəbiyyat müəllimliyi ilə bağlı keçirilən imtahanlarda istifadə olunan testlər digər tarixlərdəki imtahanlardan çətinliyinə görə fərqlənib:

 

“Bu səbəbdən həmin imtahanlarda iştirak edən namizədlər üçün təkrar imtahan müəyyən olunub. Namizədlər 30 iyul 23:59-a qədər nazirliyə müraciət edə bilərlər. İndiyə qədər 3000-ə qədər müraciət olub”.

 

Qeyd edək ki, iyulun 12-də keçirilən ibtidai sinif, 23 və 26 iyulda keçirilən Azərbaycan dili və ədəbiyyat müəllimliyi üzrə seanslarda istifadə edilən test tapşırıqlarının bu fənlər üzrə digər tarixlərdə keçirilən seanslarda istifadə edilən test tapşırıqlarından çətinlik dərəcəsinə görə fərqləndiyi müəyyən edilib. Bu seanslarda texniki xüsusiyyətləri baxımından fərqlənən test tapşırıqlarına görə namizədlərə əlavə ballar veriləcək. Qeyd edilən tarixlərdə imtahanlarda iştirak edən namizədlər üçün təkrar imtahan imkanı da yaradılacaq. İmtahanlarda iştirak könüllü xarakter daşıyır.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv