Arxiv
29 İyul 2021, 11:37 | TƏHSİL
“İmtahana hazırlaşsam da, heç nədən geri qalmırdım” - Əflanın böyük uğuru    

Əflan Bədəlov qəbul imtahanlarında yüksək nəticə göstərən abituriyentlərdən biridir. O, ikinci ixtisas qrupu üzrə imtahan verib və maksimum - 400 bal toplayıb. Ümumilikdə 691.2 bal yığan rekordçu abituriyent üçqat respublika fənn olimpiyadasının qızıl medal mükafatçısıdır.

 

 Qazandığı uğur barədə Modern.az-a danışan Əflan hələlik hansı universitetdə təhsil alacağına qərar vermədiyini deyib.

 

“İmtahanlara ciddi hazırlaşırdım. Düzdür, repetitor yanına getmişəm. Hazırkı dövrdə repetitorsuz hazırlaşmaq çətindir. Müəllimlərimin verdiyi qədər dərs çalışırdım və vaxtaşırı olaraq dərslərimi təkrar edirdim. Özüm həvəskar futbolçuyam, həmişə futbol üzrə məşqlərə getmişəm. Asudə vaxtlarımı dostlarım və valideynlərimlə keçirirəm. Dərslərimi də oxuyurdum, ancaq heç nədən geri qalmırdım. 

 

Hələlik ali təhsil alacağım universiteti seçməmişəm. Ancaq ixtisas olaraq "Biznesin idarə edilməsi" və ya "Maliyyə" ixtisasları üzrə təhsil almaq istəyirəm. Məncə, uğurun sirr müəllimləri diqqətlə dinləmək, oların söylədiklərinə əməl etməkdir. Bir dəfə öyrəndiyim dərsi dəfələrlə təkrar edirdim, uğurumun bir sirri də budur. İmtahan verəcək abituriyentlərə məsləhət görürəm ki, müəllimlərini diqqətlə dinləsinlər. Dərs oxumaqla yanaşı, özlərinədə vaxt ayırsınlar, istirahət etsinlər. Arzuların arxasınca getmək lazımdır”, - deyə Əflan söyləyib.

 

Qeyd eədk ki, 2021-2022-ci tədris ili üçün II və III qruplar üzrə ali məktəblərə qəbul imtahanlarının nəticələri açıqlanıb. Bu imtahanda II ixtisas qrupu üzrə ən yüksək nəticəni 400 bal toplayan iki nəfər - Salyan rayonu, 3 saylı şəhər orta məktəbi və Bakı şəhəri, 192 saylı orta məktəbin məzunları göstəriblər.

 

 

Humay İsgəndərova

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv