Modern.az

Milli Qəhrəmanlardan Ermənistana ciddi xəbərdarlıq

Milli Qəhrəmanlardan Ermənistana ciddi xəbərdarlıq

29 İyul 2021, 12:35

Ermənistan silahlı qüvvələri Azərbaycana qarşı hərbi təxribatlarını davam etdirir. Son günlər düşmən tərəfinin mövqelərimizi intensiv atəşə tutması növbəti müharibə ehtimalını yenidən gündəmə gətirib.

 

Bəzi ekspertlər hesab edirlər ki, dövlət sərhədindəki gərginlik sonda hərbi toqquşmalara gətirib çıxara bilər. Belə ehtimalın nə qədər reallığı əks etdirdiyi məlum olmasa da, istənilən halda müharibə versiyası istisna edilmir.

 

Modern.az mövzu ilə bağlı Azərbaycanın Milli Qəhrəmanlarından münasibət öyrənib. 

 

 

Milli Qəhrəman, Qarabağ müharibəsi iştirakçısı  İbad Hüseynov bildirib ki, Ermənistan bizimlə yenidən müharibə aparmaq gücündə deyil:

 

“Yenidən müharibə başlasa da, sonda biz qələbə qazanacağıq. Ermənistan ordusu Vətən müharibəsində darmadağın oldu, dəmir yumruqla onları məhv etdik. Təbii ki, bundan sonra döyüş olsa, Ermənistanı eyni aqibət gözləyir. Bu dəfə tamamilə yox olacaqlar.

 

Azərbaycanın Milli Qəhrəmanı olaraq deyə bilərəm ki, ermənilərin sonu yaxşı olmayacaq. İndi Azərbaycan daha güclü və qüdrətlidir. Biz bunu 44 günlük müharibədə ermənilərə çox güclü zərbə vurduq. İnanmıram ki, belə vəziyyətdə onlar bizimlə müharibə aparmaq istəsinlər”.

 

Milli Qəhrəman Ehtiram Əliyev isə hesab edir ki, Ermənistanın sərhəd təxribatları onların acizliyindən irəli gəlir:

 

“Bu gün Ermənistanın nə ordusu var, nə də silahı. Bizimlə nə ilə müharibə apara bilərlər? Onlar təxribatları acizlikdən edirlər. Bunlar hamısı qorxaqlıqdan irəli gəlir. Bir müddət sonra hər şey öz yerini tutacaq. Heç kim bizi qələbə yolundan döndərə bilməz. Növbəti müharibə isə Ermənistanın bir dövlət kimi xəritədən silinməsi ilə nəticələnəcək”.

 

Fidan İlqar

Twitter
Sizə yeni tvit var
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər