Modern.az

Rusiyanın İrandakı erməni səfirinin FİTNƏLƏRİ – FAKTLAR

Rusiyanın İrandakı erməni səfirinin FİTNƏLƏRİ – FAKTLAR

29 İyul 2021, 14:54

Rusiyanın diplomatik korpusunda erməni mənşəli şəxslər önəmli postlara sahibdir. Hazırkı xarici işlər naziri Sergey Lavrovun erməni mənşəli olması və anadan olduğu zaman Kələntərov soyadını daşıdığı heç kəsə sirr deyil. Erməni diplomatlar bir çox hallarda Rusiyanın dövlət maraqlarına zidd addımlar atıb.

 

Modern.az xəbər verir ki, Levan Semyonoviç Caqaryan 1957-ci il sentyabrın 7-də Tbilisi şəhərində anadan olub. O 1986-cı ildə Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitunu bitirib. Fars, ingilis, erməni, gürcü, tacik, dari və fransız dillərini bilən diplomat Orta Şərq və Mərkəzi Asiya bölgəsi üzrə ekspert kimi tanınır.

Caqaryan 1986-cı ildən Sovet İttifaqı XİN-nin mərkəzi aparatında və xaricdə diplomat kimi fəaliyyət göstərib. 1991-ci ildə Sovet İttifaqı dağıldıqdan sonra işini Rusiya XİN-də davam etdirib. O 2011-ci il oktyabrın 17-dən Rusiyanın İrandakı səfiri postuna təyinat alıb.

Rusiyanın dövlət maraqlarını qorumalı olan Caqaryan səfir kimi fəaliyyətinin ilk günlərindən özünü sanki Ermənistanın İrandakı səfiri kimi aparmağa başlayıb. İran rəsmiləri ilə danışıqlarda Moskvanın adından danışan diplomat əslində rəsmi Yerevanın təcriddən çıxarılmasına çalışıb.

 

İranla Avrasiya İqtisadi Birliyi arasında azad ticarət zonası barədə müqavilənin əldə olunmasında da Levan Caqaryan müəyyən rol oynayıb. Çünki həmin razılaşma Avrasiya Birliyinin digər üzvləri ilə sərhədləri olamayan Ermənistana qonşusu İranla iqtisaqdi münasibətləri inkişaf etdirməyə xidmət edirdi.

Bunun üçün Mehri rayonunda azad ticarət zonası belə yaradılmışdı. Lakin bu iqtisadi layihəyə investorların marağı az olduğu üçün rəsmi Yerevanın divident qazanmaq planları baş tutmadı.

 

Paralel olaraq, səfir regional geosiyasi durumun gərginləşməsi üçün əlindən gələni də edirdi. Səfir postu hadisələrə təsir etmək baxımından ciddi yükə malik olmasa da, Caqaryan qalmaqallı və iddialı açıqlamaları ilə rəsmi dövlət xəttindən yanınan açıqlamalar verirdi.

Levan Caqaryan İranın nüvə proqramının əsas müdafiəçilərindən biri idi. O, rəsmi Moskvanın adından Tehranın uranı zənginləşdirməsini və Buşer Atom Elektrik Stansiyasının enerji bloklarının inşasının əsas dəstəkçisi olub.

“Regional dövlətlər, xüsusən Rusiya və İran Yaxın və Orta Şərqdə, Mərkəzi Asiyada və Cənubi Qafqazda təhlükəsizliyin təminatı üçün məsuliyyəti öz üzərinə götürməlidir. Bu prosesə ABŞ və müttəfiqlərinin terrorizmlə mübarizə adı altında müdaxiləsi yeni gərginlik ocaqları yaradır”-deyə səfir 2015-ci il yanvarın 22-də Tehranda jurnalistlərə açıqlamasında söyləyib.

 

Caqaryanın regional güc mərkəzləri kimi yalnız Rusiya və İranın adını çəkməsi, Türkiyə barədə heç nə söyləməməsi də səfirin erməni maraqlarından çıxış etməsinin göstəricisi idi. Çünki rəsmi Moskva regional proseslərdə Türkiyə ilə məsləhətləşmələrə yer verirdi.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır