Modern.az

Qarabağda ölən 50 erməni hərbçinin qalıqları Niderlana göndərildi

Qarabağda ölən 50 erməni hərbçinin qalıqları Niderlana göndərildi

29 İyul 2021, 15:17

Müharibə zamanı Qarabağda ölən 50 erməni hərbçinin qalıqları Niderlanda göndərilib.

 

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə səhiyyə naziri Anait Avanesyan bildirib.

 

Tanınmaz hala düşən cəsəd qalıqlarının Niderlanda onların kimliyini müəyyən etmək üçün göndərildiyi açıqlanıb.

 

“Təəssüf ki, bəzi mürəkkəb nümunələri identifikasiya edə bilmədik. Niderlandlı partnyorlarımızla müqavilə imzaladıq. Ölən şəxslərin şəxsiyyətinin tezliklə müəyyən olunacağını düşünmürəm. Nəticə əldə edən kimi məlumat verəcəyik”- açıqlamada deyilir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...