Modern.az

Fəxrəddin Altundan Qarabağ mesajı - Türk dünyasına çağırış

Fəxrəddin Altundan Qarabağ mesajı - Türk dünyasına çağırış

29 İyul 2021, 17:07

“Qarabağdakı ədalətli mübarizəmizdə yayılan dezinformasiyalar, saxta xəbərlər və təhrif cəhdlərinə qarşı doğru məlumatlarla həqiqəti işıqlandırdıq. Dezinformasiyaya qarşı mübarizədə qazandığımız bu uğur bütün dünyaya nümunədir”.

 

Modern.az xəbər verir ki, bu sözləri Türkiyə Prezident Administrasiyasının mətbuat katibi Fəxrəddin Altun deyib. O, Türk Şurası ölkələri arasındakı həmrəylik və əməkdaşlığı bütün sahələrdə olduğu kimi kommunikasiya sahəsində də dərinləşdirməyə çalışdıqlarını, proqramın bu istiqamətdə atılan mühüm addım olduğunu bildirib:

 

“Sistemli dezinformasiya və yalan terroru bütün dünyada olduğu kimi, Türk dünyasının da üzləşdiyi ciddi problemlərdən biridir. Türkiyə bu problemlə mübarizədə əhəmiyyətli irəliləyişlər əldə edib, lakin hələ də mübarizəyə davam edilməlidir.

 

Əlbəttə, ölkələrimizi və vətəndaşlarımızı sosial mediadakı təbliğatlardan, saxta xəbərlərdən, manipulyasiyalardan və sistemli dezinformasiyalardan qorumaq üçün lazım olan addımları atırıq. Məqsədimiz həqiqəti yaşatmaq, həqiqəti müdafiə etmək, hər cür yalanı, dezinformasiyanı aradan qaldırmaqdır. Sosial mediada hər yazılanın doğru olmadığı nöqtəsində ayıq olmalıyıq. İctimaiyyətin vicdanını, ölkəmizin birliyini və bütövlüyünü təhdid edən dezinformasiya, saxta xəbərlər, manipulyasiya və təbliğat əməliyyatlarına qarşı mübarizəmizi qətiyyətlə davam etdirəcəyik”.

 

Qarabağda sülh və sabitliyi qorumaq üçün əməkdaşlıq edənləri sosial media platformalarında ləkələmək cəhdlərinin də uğursuzluğa düçar olduğunu söyləyən F.Altun bunları əlavə edib:

 

“Xüsusilə Qarabağdakı ədalətli mübarizəmizdə rast gəlinən dezinformasiyalar, saxta xəbərlər və təhrif cəhdlərinə qarşı doğru məlumatlarla həqiqəti işıqlandırdıq. Dezinformasiyaya qarşı mübarizədə qazandığımız bu uğur bütün dünyaya nümunədir.

 

Türk Şurasındakı qardaş ölkələrin gənc və dinamik əhalisi var. Bu gün ortaq dilimiz olan türk dili dünyada internet məzmununda 4-cü ən çox istifadə edilən dildir. Dünya əhalisi ilə müqayisədə sosial media istifadəçilərinin sayı sürətlə artan ölkələr arasında türk dünyası ölkələri də var. Buradan məlum olduğu kimi, türk dilli ölkələr rəqəmsal dünyadakı təhdidlərə qarşı qurban deyil, həqiqəti müdafiə edərək bu dünyadakı imkanlardan istifadə etməli və bu məkanı tənzimləməli olan həqiqi aktorlardır”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir