Modern.az

ATƏT sədrindən Ermənistanla Azərbaycana çağırış

ATƏT sədrindən Ermənistanla Azərbaycana çağırış

Dünya

30 İyul 2021, 00:11

Ermənistan-Azərbaycan sərhədi boyunca təkrarlanan insidentlər böyük narahatlığa səbəb olur.

 

Modern.az xəbər verir ki, bunu ATƏT-in fəaliyyətdə olan sədri Ann Linde özünün tvitter səhifəsində yazıb.

 

O, tərəfləri Azərbaycan, Rusiya və Ermənistanın hökumət başçıları tərəfindən imzalanmış üçtərəfli bəyanatın şərtlərini yerinə yetirməyə çağırıb.

 

"Ermənistan-Azərbaycan sərhədi boyunca təkrarlanan insidentlər barədə məlumatlar böyük narahatlığa səbəb olur. Tərəfləri son humanitar addımları inkişaf etdirməyə və həll edilməmiş məsələlərin dinc yolla həlli üçün 9 noyabr bəyanatını tam yerinə yetirməyə çağırıram", deyə A.Linde qeyd edib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır