Modern.az

Qaraçuxurdakı xüsusi əməliyyatla bağlı rəsmi məlumat hazırlanır

Qaraçuxurdakı xüsusi əməliyyatla bağlı rəsmi məlumat hazırlanır

Aktual

19 Oktyabr 2012, 10:10

Dünən paytaxtın Qaraçuxur qəsəbəsində baş verən qanlı olayın təfərrüatları ilə bağlı rəsmi məlumat hazırlanır. Bu barədə Modern.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilir ki, “Yağmur” restoranında qeydə alınan hadisə ilə bağlı araşdırma aparılır. Nazirlikdən verilən məlumatda qeyd edilib ki, hadisə zamanı ölən və yaralanalarım olmsı haqda mətbuatda yayılan xəbərlər həqiqəti əks etdirmir.
Həyata keçirilən əməliyyat nəticəsində neçə nəfərin saxlanılması haqda hələ ki rəsmi məlumat verilmir. Qeyd olunur ki, rəsmi qurumlar tərəfindən hadisə nəzarətdə olduğu üçün geniş məlumat günün ikinci yarısında veriləcək.

Xatırladaq ki, dünən axşam saatlarında Bakının Qaraçuxur qəsəbəsində yerləşən “Yağmur” restoranında silahlı insident baş verib. İlkin məlumatlara görə, hadisə kriminal aləmlə əlaqəsi olan şəxslər arasında baş verib. Onlar restoranda hansısa tədbir keçirimişlər. Hadisə yerinə MTN və DİN əməkdaşları cəlb olunduqdan sonra silahlı qruplaşma zərərsizləşdirilib. 30-a yaxın şəxsin isə  saxlanıldığı bildirilir.

Anar RÜSTƏMOV  
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir