Arxiv
30 İyul 2021, 08:21 | QARABAĞ
Xarici jurnalistlər Qarabağa getdilər

Azərbaycanda olan bir qrup xarici jurnalistin işğaldan azad edilmiş ərazilərə səfəri təşkil olunub.


Modern.az xəbər verir ki, səfərdə İspaniya, İtaliya, Bolqarıstan, İordaniya, Yaponiyadan olan jurnalistlər iştirak edirlər.


Səfərdə məqsəd xarici jurnalistləri işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən bərpa və yenidənqurma işləri, eyni zamanda Azərbaycan xalqının milli-mədəni irsi ilə tanış etməkdir.


Səfər qısa zamanda inşa olunan Zəfər yolu ilə həyata keçiriləcək.

Jurnalistlər işğaldan azad olunmuş Füzuli, Cəbrayıl, Şuşa, Ağdam, eləcə də erməni vəhşiliyindən zərər görmüş Gəncə şəhəri ilə tanış olacaqlar.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv