Modern.az

Metroda işıq söndü - Qatar tuneldə qaldı

Metroda işıq söndü - Qatar tuneldə qaldı

30 İyul 2021, 09:49

“Nizami-İnşaatçılar” sahəsində metropolitenə gələn xətlərdə elektrik enerjisinin verilməsində qısamüddətli gərginlik düşməsi nəticəsində bütün xətlər üzrə qatarların hərəkətində yubanmalar yaranıb.

 

Bu barədə Modern.az-a məlumat verən “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov problemin aradan qaldırılması istiqamətində işlər aparıldığını deyib.

 

Qeyd edək ki, gərginliyin itməsi səbəbindən “Cəfər Cabbarlı” və “Şah İsmayıl Xətai” stansiyaları arasında qatar tuneldə qalıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI