Modern.az

Ermənistan ordusunun itkiləri - YENİ RƏQƏMLƏR 

Ermənistan ordusunun itkiləri - YENİ RƏQƏMLƏR 

Qarabağ

30 İyul 2021, 10:18

Ermənistan ordusu noyabrın 11-dən bəri 66 hərbi qulluqçusunu itirib.

 

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, onlardan 24-ü Azərbaycana qarşı təxribat-diversiya cəhdləri zamanı və mina partlayışları zamanı ölüb.

Bundan başqa, daha 42 qeyri-döyüş itkisi – intihar, xəstəlik, avtomobil qəzası və silahla davranış qaydalarının pozulması kimi hallar qeydə alınıb.

 

Bu müddətdə daha 3 erməni hərbçisi də itkin düşmüş sayılır. Onlar biri – çağırışçı Norik Mkrtçyan Basarkeçərdəki hərbi hissəni özbaşına tərk edib. İyulun 14-də isə Qaragöl yaxınlığındakı mövqedə A.Nalbandyan və A.Torosyan itkin düşüblər. Onların taleyi barədə bu günə qədər məlumat yoxdur.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır