Modern.az

Mustafa Şentopdan Xankəndi paylaşımı - FOTO

Mustafa Şentopdan Xankəndi paylaşımı - FOTO

Qarabağ

30 İyul 2021, 10:35

Xəbər verdiyimiz kimi, ötən gün Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop işğaldan azad olunmuş Şuşa şəhərində səfərdə olub.

 

Modern.az-ın məlumatına görə, TBMM sədri Tvitter səhifəsində səfərlə bağlı paylaşımlar edib.

 

Bunlardan biri daha çox diqqət çəkib. Belə ki, Şentopun “Arxada Xankəndi işıqları” qeydilə paylaşdığı foto izləyicilər tərəfindən böyük maraqla qarşılanıb.

 

Türkiyəli spikerin Xankəndi ilə bağlı paylaşımını təqdim edirik:

 

 

Qeyd edək ki, ötən gün Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova, Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop və Pakistan İslam Respublikası Milli Assambleyasının sədri Əsəd Qeysərin rəhbərlik etdikləri nümayəndə heyətləri Şuşa şəhərinə səfər ediblər. Səfər çərçivəsində nümayəndə heyətləri Şuşa şəhərindəki bir sıra tarixi, dini-memarlıq abidələrini və digər məkanları ziyarət ediblər. Qonaqlar işğal dövründə erməni vandalizminin nəticələri, həmçinin Azərbaycanın mədəniyyət beşiyi olan Şuşa şəhərində həyata keçirilən bərpa və yenidənqurma işləri ilə tanış olublar. 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putinlə görüşə gedir