Modern.az

Jurnalist Vaqif Həsənov vəfat edib

Jurnalist Vaqif Həsənov vəfat edib

Allah rəhmət eləsi̇n

30 İyul 2021, 12:24

“Bakı xəbər” qəzetində nəşr olunmuş dini mövzudakı məqalələri ilə həm bu nəşrin kollektivinin, həm də geniş oxucu auditoriyasının rəğbətini qazanmış Həsənov Vagif Cəlil oğlu (Vaqif Cəliloğlu) vəfat edib.

 

Modern.az xəbər verir ki, Mətbuat Şurası mərhumun doğmalarına, əzizlərinə, dostlarına dərin hüznlə başsağlığı verir.

 

1944-cü ildə Salyan rayonunda anadan olmuş V.Cəliloğlu Azərbaycan Dövlət Neft Kimya İnistitutunu (Neft Akademiyası) bitirdikdən sonra uzun müddət müxtəlif sahələrdə çalışmışdı. Sözə, yaradıcılığa olan hədsiz maraq isə onu doğma “Bakı xəbər” qəzetinə gətirib. 

 

Zaman keçdikcə V.Cəliloğlu kollektivin ayrılmaz tərkib hissəsinə çevrilmişdir. Bu statusu o, özünün peşəkar yanaşma tərzi, yüksək mədəni və mənəvi keyfiyyətləri, dərin biliyi, zəkası və ziyalılığı ilə qazanıb. 

 

Kitablar, İslam dini ilə bağlı, habelə müxtəlif mövzulardakı çoxsaylı fundamental məqalələr müəllifi V.Cəliloğlunun malik olduğu insani xüsusisyyətlər və dərin məsuliyyət hissi onu ölkənin media ictimaiyyətində də tanıtdırmış, sevdirib.

 

Bütün bunlara görədir ki, Vaqif Cəliloğlunun yoxluğu onu tanıyan hər kəs üçün ağırdır. Bir daha mərhumun doğmalarına, əzizlərinə, həmkarlarına dərin hüznlə başsağlığı verir, üzüntülərini və kədərlərini bölüşürük. 

 

Allah rəhmət eləsin!

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır