Modern.az

"Azərbaycanda dayanıqlı makroiqtisadi sabitlik formalaşıb" - Baş bankir

İqtisadiyyat

30 İyul 2021, 12:46

“Koronavirus (COVID-19) pandemiyası dövründə AMB-nin həyata keçirdiyi siyasət, iqtisadi artımın bərpası Azərbaycanın beynəlxalq reytinqlərinin yaxşılaşması ilə müşahidə olunur”.

 

Modern.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov onlayn mətbuat konfransında bildirib.

 

Onun sözlərinə görə, hazırda Azərbaycanda dayanıqlı makroiqtisadi sabitlik formalaşıb:

 

“Beynəlxalq reytinq agentlikləri Azərbaycanın reytinqini bir neçə pillə yüksəldib. Hesab edirəm ki, görülən bu işlər ona gətirib çıxaracaq ki, ölkənin investisiya reytinqi tezliklə bərpa olunacaq. O cümlədən ölkə prezidentinin Qarabağla bağlı təşəbbüsləri uğurlan nəticələncək, investisiya reytinqimizin bərpa olunmasına xidmət edəcək”.

Whatsapp
Bizə yazın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı