Modern.az

Bakıda orta məktəbdə partlayış olub

Bakıda orta məktəbdə partlayış olub

Aktual

19 Oktyabr 2012, 11:56

Bu gün saat 11:00 radələrində Bakının Nizami rayonunda yerləşən orta məktəbdə partlayış olub. Modern.az-ın ANS PRESS-ə istinadən verdiyi verdiyi məlumata görə, partlayış Çobanzadə 45 ünvanında yerləşən 109 saylı orta məktəbdə sinif otağına olub.

İlki məlumata görə, yaralılar var. Deyilənlərə görə, hadisə yerinə çoxlu sayda yanğınsöndürənlər, polis və təcili yardım maşınları cəlb olunub.

Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkiminin müavini Zemfira Vahidovanın verdiyi məlumata görə, hadisə yerinə 7 həkim briqadası göndərilib.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü