Modern.az

Türkiyədə meşə yanğınları: “Təxribat ehtimalının olmadığını düşünürük”

Türkiyədə meşə yanğınları: “Təxribat ehtimalının olmadığını düşünürük”

Dünya

30 İyul 2021, 17:15

Türkiyədəki yanğın bölgələrindəki son vəziyyətlə bağlı xəbərlər gəlməyə davam edir.

 

Belə ki, Türkiyəli jurnalist Eray Özden Akça Kütahyadakı son vəziyyətlə bağlı Modern.az-a danışıb. Jurnalist Kütahyadakı yanğının nəzarətə alındığını bildirb:

“Yanğın Kütahyanın Emət mahalının Samrik kəndi yaxınlığındakı qarğıdalı tarlasında baş verib. Əraziyə Kütahya Meşə Bölgəsi Müdirlüyünə bağlı çox sayda komanda göndərildi. Yanğına 6 su çiləyicisi, 5 su tankeri, 7 tikinti texnikası və 1 helikopterlə müdaxilə edilib. Komandanın müdaxiləsi ilə yanğın nəzarət altına alındı.

Əraziyə gedən Kütahya valisi Əli Çelik, yanğın söndürmə işləri ilə əlaqədar məlumat aldı. Yanğınsöndürmə qruplarının sürətli və yerində müdaxiləsi ilə yanğının böyüməsinin qarşısı alındı. Yanğında 4 hektar ərazinin yanıb. Səbəb olaraq təbii faktorların olmasına inanırıq. Yanğınlarla bağlı təxribat ehtimalının olmadığını düşünürük”.

 

Fidan İlqar

Twitter
Sizə yeni tvit var
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi