Modern.az

Polisi döyən deputata cinayət işi AÇILDI

Polisi döyən deputata cinayət işi AÇILDI

Hadisə

30 İyul 2021, 17:12

İyul ayının 29-da saat 1 radələrində Xaçmaz şəhərində yerləşən “Starıy Dvor” restoranında Azərbaycan Respublikası Milli Məclisinin deputatı Eldəniz Səlimovun polis əməkdaşına xidməti vəzifələrinin icrası ilə əlaqədar zor tətbiq etməsi barədə Daxili İşlər Nazirliyindən daxil olmuş material Baş Prokurorluqda araşdırılıb.

 

Baş Prokurorluqdan Modern.az-a verilən məlumata görə, toplanmış material üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə cinayət işi başlanıb. İstintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılıb. Hazırda iş üzrə intensiv istintaq hərəkətləri aparılır.

 

Baş Prokurorluq kütləvi informasiya vasitələrindən dəqiqləşdirilməmiş məlumatların yayılmamasını xahiş edir:

 

“İstintaqın gedişatı barədə ictimaiyyətə əlavə məlumat veriləcək”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır