Modern.az

Türkiyə yanğınların söndürülməsinə “Bayraktar”ları CƏLB ETDİ

Türkiyə yanğınların söndürülməsinə “Bayraktar”ları CƏLB ETDİ

Dünya

30 İyul 2021, 17:33

Türkiyənin Ukraynadakı səfiri XİN-ə çağırılıb.

 

Modern.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, rəsmi Kiyev 50 "Bayraktar”ların alınması ilə bağlı Türkiyə ilə imzalanmış müqavilənin icrasının ləngiməsinə etiraz edib.

Pilotsuz aparatlar hələ iyulun əvvəllərində Ukraynaya satılmalı olsa da, Antalya və ətraf bölgələrdə başlayan yanğınlar müqavilənin icrasına mane olub.

 

“İndi yaxşı vaxt deyil. Pilotsuz aparatlar Türkiyəyə yanğınları söndürmək üçün lazımdır. Təəssüf ki, biz alovda Ukraynaya çatdırılması nəzərdə tutulan 50-dən çox uçuşsuz aparat itirdik. “Bayraktar”ların bir qismi də Suriyadakı yanğınların söndürülməsinə cəlb olunub. Qarşıya qoyduğumuz bütün hədəflərə çatdıqdan sonra bütün uçuş aparatları Kiyevdə olacaq. Biz müqavilə barədə məlumatlıyıq və mütləq bunu icra edəcəyik”-deyə xarici işlər naziri Mövlud Çavuşoğlu açıqlama verib.

 “Bayraktar”ların tətbiqi o qədər uğurlu alınıb ki, ölkənin arsenalındakı bütün pilotsuz aparatlar yanğınsöndürmə işlərinə cəlb olunub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır