Modern.az

Türkiyəli jurnalist: “İndiyədək belə yanğın olmamışdı” - FOTOLAR+VİDEO

Türkiyəli jurnalist: “İndiyədək belə yanğın olmamışdı” - FOTOLAR+VİDEO

Dünya

30 İyul 2021, 19:20

“Gördüklərimizi ifadə edəcək söz tapmaq çətindir. Evlərin yanmasını, insanların ağlamağını gözlərimizlə görürük. Amma heç nə edə bilmirik. İnsanlar malını, evini, canını itirir...”.

 

Bunu Modern.az-a türkiyəli jurnalist Arif Kaplan Manavqat bölgəsindəki meşə yanğınları barədə açıqlamasında deyib.

 

Onun sözlərinə görə, yanğınlar nəticəsində insanlar çarəsiz durumda qalıblar, nə edəcəklərini bilmirlər:

 

“Əlllərindən heç nəyin gəlməməsi insanları daha da aqresivləşdir. Mübahisələrin şahidi oluruq. Bu vəziyyətdə belə halların olması normaldır. İnsanlar öz evlərinin nəzarət altına alınmasını istəyirlər. Amma yanğınsöndürənlər alovun daha kəskin olduğu yerləri nəzarətə almağa çalışırlar. Hazırda vətəndaşların və bizim istədiyimiz tək şey budur ki, yanğınların qarşısı alınsın, can itkisi olmasın”.

 

Jurnalist qeyd edib ki, Türkiyədə indiyədək belə yanğın hadisəsi baş verməyib:

 

“Manavqatda yanğın Yeni Köy adlanan bölgədə üç gün öncə başladı. Üç gün ərzində yanğından 42 məhəllə zərər gördü. Türkiyənin şərqindən qərbinə qədər hər kəs bir-birinə yardıma gəlir. Hazırda iki yerdə yanğın davam edir. İnsanlar yanma təhlükəsinə qarşı evlərini boşaldırlar. Ən azı min ev yanıb, minlərlə heyvan zərər görüb.

 

Yanğının həyatımıza nə qədər təsir etdiyini bilmək üçün alovun lokallaşdırılması lazımdır. Daha sonra aparılan araşdırmalar əsasında deyə bilərik ki, nə qədər ziyan dəyib. Bu hadisə Türkiyənin Antalya bölgəsində indiyədək gördüyümüz ən böyük yanğındır. Manavqat Türkiyənin ən çox məşə örtüyü olan yeridir. Amma indi meşə görmək mümkün deyil. Dəhşətli yanğındır. Yanğın təkcə meşələrə deyil, insanlara, heyvanlar da təsir edir. Külək yanğının söndürülməsini çətinləşdirir. Hazırda yanğınsöndürmə prosesi davam edir”.

 

Qeyd edək ki, son günlər Türkiyənin müxtəlif bölgələrində baş vermiş meşə yanğınları necəsində azı 4 nəfər həlak olub.

 

Aysel Məhərrəm

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır