Modern.az

Qarabağın və Şərqi Zəngəzurun ümumi planı hazırlanır

Qarabağın və Şərqi Zəngəzurun ümumi planı hazırlanır

Qarabağ

30 İyul 2021, 19:44

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən işğaldan azad edilmiş ərazilərin ümumi planı hazırlanır. O cümlədən Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonunun işğaldan azad edilmiş ərazilərinin ümumi planı üzərində işlənilir.

 

Modern.az xəbər verir ki, bu fikirləri Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədrinin birinci müavini, Şəhərsalma məsələləri üzrə İşçi Qrupun rəhbəri Namiq Hümmətov Xocavənd rayonunun Hadrut qəsəbəsində jurnalistlərə açıqlamasında bildirib.

 

Onun sözlərinə, paralel olaraq bəzi şəhərlərin baş planları və müfəssəl planları ilə bağlı iş aparılır: "Həmçinin kəndlərin də ərazi planlaşdırılması sənədlərinin hazırlanması işlərinə başlanılıb. Bu təcrübədə ilk dəfədir".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?